"Alfa Sığorta" şirkəti İcbari Sığorta Bürosunun (İSB) üzvlüyündən çıxarılıb. Bu barədə İSB-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2016-cı ilin avqust ayında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Alfa Sığorta” ASC-nin sığorta fəaliyyəti üçün verilmiş lisenziyası ləğv edilib.
Lisenziyanın ləğv olunmasına səbəbson dövrlər “Alfa Sığorta” ASC-nin maliyyə vəziyyətinin kəskin pisləşməsi, aktiv və kapitalının itirilməsi, yetərli səviyyədə ehtiyat formalaşdırmaması və öhdəliklərini icra etməməsi olub.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 16 sığorta şirkəti İSB-nin üzvüdür.
“Alfa Sığorta” ASC fəaliyyət üçün lisenziyanı 1997-ci ildə alıb. Şirkətin nizamnamə kapitalı 7,78 mln. manata bərabərdir.
2015-ci ilin yekunları üzrə “Alfa Sığorta” şirkətinin sığorta haqları2 mln. 573,7 min manat, sığorta ödənişlərinin həcmi 1 mln. 549 min manat təşkil edib.*
A.Əzizov