Azərbaycan prezidenti İlham Əliyev Tacikistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə prezidentEmoməli Rəhmona təbrik məktubu göndərib.
«Azərbaycanı və Tacikistanı sıx dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağlayır. Əminəm ki, çoxəsrlik mehribanlıq ənənələrinə əsaslanan ikitərəfli münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək. Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzu edirəm», - deyə məktubda qeyd olunur.*
A.Əzizov