Londonda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnikZakir Həsənov Böyük Britaniya baş nazirinin xüsusi elçisi, Lordlar Palatasının üzvü baronessa Emma Harriet Nikolsonla görüşüb.
“Görüşdə tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıb”, - deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Söhbət əsnasında həmçinin münasibətlərin gələcək perspektivləri də müzakirə edilib.*
A.Əzizov