Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan-ABŞ əlaqələrinin inkişafını müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Ali Məclisin sədri R.Sekutanın Naxçıvana səfərinin, eləcə də ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.
ABŞ səfiri səfərinin Naxçıvan Muxtar Respublikası ilə yaxından tanışlıq məqsədi daşıdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.*
Q.Hüseynova