Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm şirkətləri ilə birlikdə respublikada turizm mövsümünün il boyu mövcud olması istiqamətində işi davam etdirəcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Ə.Qarayev turizm şirkətlərinin nümayəndələri ilə görüşüb.
Nazir vurğulayıb ki, turizm firmaları ilə birlikdə ölkədə turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər davam etdiriləcək. Bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi əsas istiqamətlərdəndir.
Bundan başqa, 2, 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur.
O, həmçinin “Tax free” sisteminə qoşulan ticarət obyektlərinin sayının artırılmasının vacibliyini də qeyd edib.*
A.Əzizov