Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri Zakir Həsənov və Maykl Fallon iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
İkitərəfli əsasda vəNATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən tədbirlərdə, sülhməramlı əməliyyatlarda Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunub.*
R.Babayev