Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete Vatikan-Azərbaycan münasibətlərinin müsbət xarakterə malik olduğunu hesab edir.
"Azərbaycanla Vatikanın münasibətləri çox müsbətdir”, - deyə o, Roma Papası Fransiskin oktyabrın 2-də Azərbaycana planlaşdırılan rəsmi səfərinə həsr edilmiş brifinqdə bildirib.
Ordinarinin sözlərinə görə, Papanın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.
"Papa Fransiskin səfəri Vatikan və Azərbaycan arasında münasibətlərin səviyyəsinin daha da yüksəlməsinə kömək edəcək. Papa Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir", - deyə V.Fekete vurğulayıb.*
R.Babayev