Sentyabrın 14-də saat 01 radələrində Bakının Sabunçu rayonunun Məhəmmədi kəndində insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məhəmmədi kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurub. Nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində həlak olublar. **
R.Babayev