2016-cı ilin I yarısında Azərbaycan vətəndaşları tərəfindən qeyri-rezidentlərə göstərilən nəqliyyat xidmətlərinin həcmi $542 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Birinci yarımillik ərzində tədiyyə balansının məlıumatına görə, 2016-cı ilin yanvar-iyun aylarında qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $410 mln. məbləğində nəqliyyat xidmətləri göstərilib.
Azərbaycanın qarşılıqlı xidmətlərinin bütün həcminin 16,57%-i nəqliyyat xidmətlərinin payına düşüb.
“Ümumilikdə 2016-cı ilin birinci yarıpsında Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi $5,7 mlrd. təşkil edib. Bunun $3,7 mlrd.-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentərinə, daha $2 mlrd.-ı Azərbaycan şirkətləri və şəxslər tərəfindən qeyri-rezidentlərə göstərilib”, - deyə hesabatda vurğulanır. **
A.Əzizov