Əmlak Məsələləri Dövlət Komitəsi çərşənbə günü açıq hərracda 1,8 mln. manat dəyərində dövlət əmlakı satıb. Bu barədə Komitədən məlumat verilib.
“14 sentyabr tarixində səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə açıq hərrackeçirilib. Hərracda ümumilikdə 36 dövlət əmlakı satılıb. Bu hərrac nəticəsində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,8 mln. manat vəsaitin köçürüləcək”, - deyə məlumatda deyilir.
Xüsusilə, özəlləşdirilmiş əmlaklardan 9-u səhmdar cəmiyyətin 30%-lik hissəsi, 20-si kiçik dövlət müəssisə və obyekti, 7-si nəqliyyat vasitəsi olub.
Məlumata əsasən, növbəti belə hərrac 20 sentyabrda keçiriləcək və bu hərracda 25 səhmdar cəmiyyəti, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi satışa çıxarılıb. **
A.Əzizov