"Azərikimya" İstehsalat BirliyininEtilen-polietilen zavodu 2016-cı ildə 105 min ton polietilen istehsal etməyi planlaşdırır. Bu barədə zavodun irektoru Oqtay Niftəliyev bu gün jurnalistlərə məlumat verib.
“2015-ci ildə zavodda 104 min ton öpolietilen istehsal olunub. Bu il üçşün proqnoz plan 105 min ton təşkil edir”, - deyə O.Niftəliyev vurğulayıb.
O qeyd edib ki, "Azərikimya" İB-nin SOCAR-ın balansına veriləndən sonra son 5-6 il ərzində polietilen istehsalında mühüm dərəcədə artım müşahidə olunur.
“Əgər 2010-cu ildə Etilen-polietilen zavodunda təxminən 60 min ton polietilen istehsal olunursa, 2015-ci il ərzində bu göstərici 104 min tona qədər artıb”, - deyə O.Niftəliyev bəyan edib.
Onun sözlərinə görə, 2015-ci ilodə istehsal olunan polietilenin 92%-i ixraca yönəldilib. “Ümumilikdə İB-nin markası altında istehsal edilən məhsulların 90%-i ixraca göndərilir”, - deyə O.Niftəliyev məlumat verib.
O əlavə edib ki, sentyabrın 5-də Etilen-polietilen zavodu 1 avqust 2016-cı il tarixində əsaslı təmirə dayandıqdan sonra məhsul istehsalını bərpa edib. **
N.Abbasova