Ermənistanda iqtisadi vəziyyət ağırdır. Bu sözləri ölkənin baş naziri Karen Karapetyan deyib.
"İqtisadiyyatımız həqiqətən də olduqca ağır vəziyyətdədir", - deyə o, bu gün parlamentdə deputatların suallarına cavab verərkən bildirib.
Baş nazirin sözlərinə görə, iqtisadi problemlərin tez bir zamanda həlli mümkün olmayacaq.
"Amma biz əvvəlki hökumət proqramından da istifadə edəcəyik. Yeni hökumətin tərkibi insanların peşəkarlıq səviyyəsi əsasında müəyyən ediləcək", - deyə K.Karapetyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan hökuməti sosial gərginliyin azaldılması və biznesin inkişafı üzrə tədbirlər görəcək.
Baş nazir əlavə edib ki, Nyu-York, London və Moskvada olduğu kimi, Yerevanda da peşəkar kadr çatışmazlığı müşahidə olunur.*