Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodu avqust ayında əsaslı təmirə dayandıqdan sonra neft məhsullarının istehsalını bərpa edib. Bu barədə SOCAR-dan (ARDNŞ) məlumat verilir.
“Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunun 55 nömrəli каtаlitiк krеkinq, 21 nömrəli ilкin еmаl, 43 nömrəli kokslaşdırma və 31 nömrəli katalitik riforminq qurğulаrındа avqust ayının əvvəllərindən aparılan irimiqyаslı təmir işləri uğurla başa çatdırılaraq istismara verilib”, - deyə məlumatda deyilir.
NEZ-də qeyd edilən qurğular istsimara verildikdən sonra neft məhsullarının istehsalı bərpa olunub.
SOCAR-a istinadən xəbər verilib ki, NEZ-də avqustdaq təmi işləri zavodun modernizasiyası ilə əlaqədar olub. Ölkənin daxili tələbatını tam ödəməjk üçün 4 min ton həcmində Aİ-92 markalı benizinin idxalına zərurət H.Əliyev NEZ-də aparılan təmir işləri ilə əlaqədar yaranmışdı.
Xəbər verildiyi kimi, 2015-ci il yanvarın 1-dən Azərbaycanda yalnız bir - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. “Azərneftyağ” NEZ bu zavodun tərkibinə daxil edilib. **
N.Abbasova