Prezident İlham Əliyev Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən Pirallahı Sənaye Parkının fəaliyyəti üçün 30 hektar torpaq sahəsi ayrılacaq.
Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə İqtisadiyyat Nazirliyinə 4 mln. manat ayrılacaq.*
R.Babayev