Məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, 2016-cı il 16 sentyabr tarixində, saat 10:45-də Grand Hotel Europe-nın Baku Ball Room zalında Caspian European Club (Сaspian Business Club) çərçivəsində Barattson School of Business and Finance tədris mərkəzinin təsisçi direktoru Elşən Rəhimovun təqdimatında “BMHS 15 Müştərilərlə müqavilələrdən gəlir” mövzusunda seminar keçiriləcəkdir.
Bu seminarda əvvəlcədən akkreditə olunmuş KİV–nin nümayəndələri iştirak edə bilərlər. Bu seminarda iştirak edəcək KİV və onların nümayəndələrinin adlarını 15 sentyabr 15.00-dək təsdiqləməyinizi xahiş edirik.
Bu seminar KİV nümayəndələri üçün açıq hesab olunur.
Təhlükəsizlik xidmətinin xahişi ilə 10:45-dən sonra KİV nümayəndələri tədbir keçirilən zala buraxılmayacaqlar.
Reqlamenti pozan KİV və onların nümayəndələri Caspian European Club-un tədbirlərinə bir daha buraxılmayacaq.
KİV nümayəndələrinin nəzərinə: Caspian European Club-un tədbirlərinə yalnız informasiya tərəfdaşı olan KİV-lər buraxılacaq. Caspian European Club ilə informasiya tərəfdaşlığı barədə müqaviləsi olmayan KİV-ləri tədbirlərə buraxılmayacaq.
Materialların, informasiyaların, məqalələrin nəşr edilməsi zamanı, audio və video süjetlərin hazırlanmasında Caspian European Club-un tədbirinə istinad etmək vacibdir.
Bütün suallarla əlaqədar KİV nümayəndələri Caspian European Club-un İcra Komitəsinə, Səbinə Məmmədovaya və Ceyhun Bayramova müraciət edə bilərlər (Bakı şəhərində əlaqə nömrələri: (+99412) 447-21-86/87; 447-02-36/38; E-mail: external@caspenergy.com; info@caspenergy.com)
Hörmətlə,
Caspian European Club-un İcra Komitəsi