Prezident İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Üçmərtəbəli məktəb 960 şagird yerlikdir.
Məktəbdə yaradılan şəraitlə tanış olan prezident İ.Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb.*
R.Babayev