Bakıda 1 min nəfərlik tələbə yataqxanasının tikintisi planlaşdırılır. Bu barədə təshil naziri Mikayıl Cabbarov bəyan edib.
“Biz ali təhsil müəssisələrində, xüsusilə böyük şəhərlərdə, ilk növbədə, paytaxtda tələbə yataqxanalarının az olmasını, bir çox universitetlərdə olmamasını müzakirə etmişik. Bunun səbəbləri də hər birimizə yaxşı məlumdur”, - deyə nazir “Azərbaycan” qəzetinə (parlamentin mətbu orqanı) müsahibəsində bildirib
O qeyd edib ki, Təhsil Nazilıriyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə 1 min nəfərlik tələbə yataqxanasının layihəsinə start verilib.
M.Cabbarov vurğulayıb ki, bu layihə dövlət-özəl tərəfdaşlığının daha bir nümunəsidir.
“Hazırda layihələndirmə işləri başa çatdırılıb və yaxın günlərdə artıq tikinti işlərinə başlanacaq”, - deyə nazir bildirib.
Yatqxana Dövlət Neft və Sənaye Universitetinin balansında olan ərazilərdə həyata keçiriləcək.
“Lakin burada layihənin özəlliyi ondan ibarətdir ki, biz belə bir fəlsəfə və siyasəti həyata keçirəcəyik ki, bir çox ali təhsil müəssisələrinin tələbələri yalnız Dövlət Neft və Sənaye Universitetinin tələbələri deyil, həmçinin ehtiyacı olan digər ali təhsil müəssisələrinin tələbələri müvafiq kvotalara uyğun olaraq, həmin tələbə yataqxanalarında öz tələbələrini yerləşdirmək üçün imkan qazansınlar”, - deyə M.Cabbarov vurğulayıb. **
R.Babayev