SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci il üçün büdcəni neftin bir barelinin qiymətinin $40 səviyyəsində olmaqla formalaşdırır. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev cümə axşamı jurnalistlərə bildirib.
“Biz artıq SOCAR-ın 2017-ci il üçün büdcəsinin formalaşdırılmasına başlamışıq. Şirkətin büdcəsi neftin bir barelinin qiymətinin $40 səviyyəsində olmaqla nəzərdə tutulur”, - deyə R.Abdullayev vurğulayıb.
Daha öncə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova istinadən məlumat verilmişdi ki,ARDNŞ-nin 2016-cı il üçün gəlirlər və xərclər smetası
neftin bir barelinin qiymətinin $50 səviyyəsindəolmaqla hesablanıb. **
N.Abbasova