Ukraynanın sosial siyasət naziri Andrey Reva oktyabrda Azərbaycana gələcək. Bu barədə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb.
«Ukraynanın sosial siyasət naziri Andrey Revanın oktyabrda ölkəmizə nəzərdə tutulan səfəri iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradacaq», - deyə S.Müslümov qeyd edib.
O vurğulayıb ki, səfər çərçivəsindəəmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılacaq.
«Danışıqlar zamanı əldə ediləcək razılaşmalarhər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da fəallaşmasına və yeni mərhələyə yüksəlməsinə səbəb olacaq”, - deyə nazir bildirib.*
R.Babayev