Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin nizamlanması məqsədilə səylərini aktivləşdirməlidir. Bu barədə ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta bəyan edib.
“ABŞ regionda sülhün bərqərar olmasında maraqlıdır. Buna görə münaqişə tərəfləri bu məsələnin həlli məqsədilə səylərini aktivləşdirməlidirlər”, - deyə R.Sekuta cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Qarabağ münaqişəsinə dair mövqeyi dəyişilməz olaraq qalır. “Bir sıra KİV-də ABŞ-ın Ermənistanı dəstəkləməsinə dair nəşrlər cəfəngiyatdır. Biz münaqişənin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik və bu məqsədlə Azərbaycan və Ermənistan hökumətləri ilə işi davam etiririk”, - deyə səfir vurğulayıb. **
F.İsazadə