“Azərbaycan meliorasiya və su təsərrüfatı” ASC «Akkord Hydrotechnical Construction Company»ni Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorasiya işlərinin I mərhələsinin həyata keçirilməsinə cəlb edib.
““Azərbaycan meliorasiya və su təsərrüfatı” ASC sentyabrın 14-də «Akkord Hydrotechnical Construction Company» ilə Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorasiya işlərinin I mərhələsinin həyata keçirilməsi haqqında müqavilə bağlayıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Müqavilənin dəyəri 72 mln. 498,883 min manatdır.*
A.Əzizov