Milli Məclisin deputatları sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkiləri müşahidə edəcəklər. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
“Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, millət vəkilləri Rüfət Quliyev, Mixail Zabelin MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyəcəklər”, - deyə məlumatda bildirilir.
Səfər sentyabrın 16-dan 20-dək davam edəcək.*
R.Babayev