“Azərsu” ASC Beyləqan şəhərində çirkab su təmizləyici qurğusunun tikintisi və layihələndirilməsi üçün podratçı seçimi üçün ərziə qəbulu elan edib. Bu barədə ASC-dən məlumat verilib.
Seçim Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının (AİB) birgə reallaşdırdığı “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın 4-cü layihəsi çərçvəsində keçirilir.
Podratçının vəzifələrinə axım əmsalı 10 000 m3/gün təşkil edən çirkab su qurğuların tikintisi daxil olacaq. Proqnozlaşdırılan tikinti müddəti 12 aydır.
Tenderdə minimal illik tikinti dövriyyəsi son üç il ərzində davam edən və ya tamamlanmış müqavilələr üzrə ümumilikdə ödəniş həcmi 40 mln. ABŞ dolları və son beş ildə öz iştirak dəyəri 16 mln. ABŞ dolları olmaqla qeyd olunmuş işlərə oxşar müvəffəqiyyətlə tamamlanmış və davam etməkdə olan ən azı iki müqavilə icra edən şirkətlər iştirak edə bilərlər.
Seçimdə iştirak etmək istəyən şirkətlər 27 oktyabr tarixinə qədər ərizə ilə müraciət edə bilər. Tenderdə iştirak üçün dövlət rüsumu 500 manat ($310) təşkil edir. **
N.Abbasova