Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat göndərib.
"MBNP-nin Direktorlar Şurasının qərarına əsasən sığorta vasitəçiləri və sığortaçıların satışnümayəndələrinin sığorta qanunvericiliyinə riayət etmələrinə dair geniş monitorinqaparılıb. Monitorinq zamanı aşkar edilmiş qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat, 10 sığorta vasitəçisinə isə xəbərdarlıq verilib", - deyə Palatanın məlumatında bildirilir.
“Xəbərdarlığın verilməsinə səbəb monitorinq zamanı aşkar edilmiş icbari sığortaqanunvericiliyinə əməl edilməməsi, lisenziyasız vasitəçilik fəaliyyətinin göstərilməsi,icbari sığorta şəhadətnamələrində məlumatların düzgün əks etdirilməməsi və digərpozuntu faktları olub”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov