2016-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 mlrd. 67 mln. manat və ya ÜDM-in 2,8%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilir.
“Operativ məlumatlara əsasən, cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 8 mlrd. 281,5 mln. manat (ötən ilin 8 ayının göstəricisi ilə müqayisədə azalma 22,4%), xərcləri 9 mlrd. 348,5 mln. manat (azalma 13,4%) təşkil edib”, - deyə nazirlikdən bildiriblər.
2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri 18 mlrd. 495 mln. manat, kəsiri 1 mlrd. 673 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Əzizov