İranın Azərbaycandakı səfiri Möhsün Pakayin tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinin Tehranda keçirilən 48-ci erməni olimpiadasında iştirakına dair məlumatları təkzib edib.
“İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq təşkil edilib”.
“Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq kimi dəvət edib. Bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib”, - deyə səfirlyin mətbuat xidmətinin yaydığı bəyanatda M.Pakayinin sözlərindən sitat gətirilib.
Diplomatın sözlərinə görə, İranda keçirilən idman olimpiadası dini azlıqlara hörmət əlaməti olaraq keçirilən daxili tədbirdir. “Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib”, - deyə səfir bildirib.
M.Pakayin vurğulayıb ki, İranın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi dəyişməyib. “İran İslam Respublikasi idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”, - deyə səfir bəyan edib. **
R.Babayev