15 sentyabr tarixinə olan vəziyyətə əsasən 2016-cı ildə bağlanmış 9 bankın əmanətçiləri ümumilikdə 252,367 mln. manatdan çox kompensasiya alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
"Texnikabank" ASC-nin əmanətçilərinə 119,77 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,091 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 925,721 min manatdan artıq kompensasiya ödənilib.
“Zaminbank” ASC-nin əmanətçiləri 43,995 mln. manat, “Parabank” ASC-nin əmanətçiləri 30,268 mln. manat, “Kredobank” ASC-nin əmanətçiləri 16,852 mln. manat, “Dekabank” ASC-nin əmanətçiləri 2,763 mln. manatdan artıq kompensasiya alıblar.
Bundan başqa, “Atrabank” ASC-nin əmanətçilərinə 12,176 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1,527 mln. manat kompensasiya ödənilib.*
A.Əzizov