Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bütün dünyada sülh və sabitliyə təhdiddir. Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.
“Ermənistan-Azərbaycan münaqişəsinin mövcudluğu tək region deyil, bütün dünyada sülh və sabitliyə təhdiddir. Bu ilin aprel ayında cəbhədə baş verən hadisələr bunu bir daha sübut etdi”, - deyə o, AŞPA-ya üzv ölkələrin parlament sədrləri və prezidentlərinin Avropa sammitində çıxışı zamanı qeyd edib.
“Həmin vaxt Ermənistan növbəti təxribata əl atdı. Azərbaycan ordusu və sərhəd zonasında yaşayan dinc əhali silahlı hücuma məruz qaldı. Azərbaycan Silahlı Qüvvələri əhalinin təhlükəsizliyini təmin etmək üçün cavab atəşi açmalı oldu. Bu hadisə çoxsaylı itkilərə səbəb oldu”, - deyə O.Əsədov bildirib.
Spiker vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günədək göstərilmiş səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi səbəbindən nəticə verməyib.
“Dünya artıq etnik separatizmin və başqa ölkənin ərazisinə göz dikilməsinin nə dərəcədə təhlükəli olduğunu qəbul etməlidir. Bütün münaqişələr beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır”., - deyə O.Əsədov bildirib.*
R.Babayev