Azətrbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə XİN başçısı Mevlut Çavuşoğlu ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş Qoşulmama Hərəkatının Venesuelanın Marqarita adasında keçirilən zirvə toplantısı çərçivəsində keçirilib.
O cümlədən, E.Məmmədyarov Əlcəzair, İndoneziya və Fələstinin xarici işlər nazirləri, həmçinin Cənubi Afrikanın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri ilə görüşlər keçirib.
Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı, Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində duran məsələləri müzakirə ediblər. **