“Müsavat” Partiyasının keçirdiyi mitinqdə həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib, ciddi indidentlər qeyd olunmayıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda bildirilir.
“Aksioya zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”, - deyə məlumatda deyilir.
Bazar günü “Müsavat” Partiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərin daxil edilməsinə etiraz olaraq mitinq keçirib.
Aksiya iştirakçıları hökuməti referendumu ləğv etmək və ölkədə demokratik seçkilər keçirməyə çağırıblar. **