“MKT İstehsalat Kommersiya” MMC 2016-cı ildə ildə pambıq ixracından $34 mln. əldə etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“2016-cı ildə şirkətin pambıq əkini üçün sahələri 2015-ci ildə 7,73 min hektara qarşı 50 min hektar təşkil edib. Cari il 65 min tondan artıq məhsul yığımı planlaşdırılır. Daxili tələbat ödənildikdən sonra, pambığın və emal məhsulunun bir hissəsi ixraca yönəldikləcək. Bundan $34 mln. həcmində gəlir gözlənilir”, - deyə şirkətdən qeyd ediblər.
Bütövlükdə, cari il şirkət tərəfindən pambıq yetişdirilməsi üzrə işlər 17 mln. 328,595 min manat təşkil edib. O cümlədən, $2 mln. 94,425 min məbləğində 690,475 min ton yüksək reproduktiv toxum idxal olunub.
Şirkətdən vurğulayıblar ki, hazırda istehsalın artımına yönələn bir sıra pilot layihələr reallaşdırılır. Xüsusilə, həmin layihələr çərçivəsində sucvarma sisteminin yaxşılaşdırılması sayəsində məhsul yığmını 1,5-2 dəfə artırmaq mümkündür.
“Bundan başqa, toxum istehsalı zavodunun tikinti layihəsini hazırlayırıq. Artıq 2018-ci ildə daxili istehsalat hesabına toxum tələbatını təmin etməyi ümid edirik”, - deyə şirkətdən vurğulayıblar. **
A.Əzizov