Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlatının 17,9% - $4,117 mlrdş-a qədər azalmasını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi Fondun proqnozlarına görə, 2016-cı ildə AMB-nin valyuta ehtiyatlarının azalması tensdensiyası qalacaq.
2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5,017 mlrd. təşkil edib və ötən il ərzində 2,7 dəfə azalıb.
Fondun qiymətləndirmələrinə əsasən, 2017-ci ildən AMB-nin valyuta ehtiyatlarının artımı başlayacaq.
Bununla belə, Fond orta müddətli perspektivdə bu artımın illik $0,5 mlrd. təşkil edəcəyini gözləyir.
Xüsusilə,proqnozlara görə, 2018-ci ilədək AMB-nin ehtiyatları $4,617 mlrd.-a, 2019-ci ilə qədər - $5,117 mlrd.-a, 2020-ci il qədər - $5,617 mlrd.-a, 2021-ci ilədək - $6,117 mlrd.-a çatacaq.
Xəbər verildiyi kimi, 1 sentyabr 2016-cı il tarixinə AMB-nin valyuta ehtiyatları $4 mlrd. 192,5 mln. təşkil edir və 8 ay ərzində 16,4% azalıb. **
A.Əzizov