Qeyri-neft sektorunun inkişafına əsaslanan yeni iqtisadi modelə keçid Azərbaycan hökumətindən geniş struktur islahatların aparılmasını tələb edəcək. Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.
"Qeyri-neft sektorunun inkişafına əsaslanan yeni iqtisadi modelə keçid geniş struktur islahatların aparılmasını tələb edəcək. Bu isə müxtəlif tədbirlərin görülməsi, o cümlədən rəqabət qabiliyyətinin artırılması, biznesə başlamaq üçün prosedurların sadələşdirilməsi, təhsil və insan kapitalına investisiya qoyuluşlarının artırılması üçün şəraitin yaradılması deməkdir”, - deyə o, BFV-nin rəsmi saytına müsahibəsində bildirib.
M.Qorçi vurğulayıb ki, BVF makroiqtisadi sabitliyi, struktur istlahatların aparılmasını təmin etmək üçün Azərbaycan hökuməti ilə fəal şəkildə əməkdaşlıq edir.
Missiya rəhbəri əlavə edib ki, fond cari ildə dövlət investisiyalarının azalması fonunda ÜDM-in 2,4% azalacağını proqnozlaşdırır. İnflyasiya isə 10%-i ötəcək.
Onun fikrincə, mövcud iqtisadi vəziyyətdə bank sektoru aparıcı mövqeyə malikdir. "Devalvasiya və resessiya bankların mənfəətliliyinə güclü zərbə vurub və vaxtı ötmüş kreditlərin həcminin artmasına səbəb olub. Azərbaycan hökuməti hazırda vaxtı ötmüş kreditlərin xüsusi çəkisi ilə bağlı problemin həlli istiqamətində addımlar atır, bir neçə zəif bank bağlanıb", - deyə M.Qorçi qeyd edib.*
A.Əzizov