Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 19-na manatın dollara qarşı rəsmi məzənnəsini sentyabrın 16-da qeydə alınmış 1,6375 manat/$1 səviyyəsinə qarşı 1,637 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,0305% möhkəmlənib.
Sentyabrın 19-na manatın avroya nisbətən rəsmi məzənnəsi sentyabrın 16-da qeydə alınmış 1,8406 manat/1EUR səviyyəsinə qarşı 1,8281 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,6791% möhkəmlənib.
AMB sentyabrın 19-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini sentyabrın 16-na olan 0,0253 manat/1RUR səviyyəsinə qarşı 0,0252 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,3952% möhkəmlənib. **
A.Əzizov