SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağındakı quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
217 nömrəli quyu 13 saylı dərin dəniz özülündən qazılıb.
Quyu gündəlik 110 ton neft və’ 14 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Yataqda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir. **
N.Abbasova