İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, 9 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 125 cinayət faktı qeydə alınıb, onların 35-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 68 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.*
R.Babayev