Zərdab rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Mollakənd kəndində “VAZ-2106” və “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə sürücülər Qabil Rzayev və sərnişin Ramilə Məmmədova hadisə yerində ölüblər.
R.Məmmədovanın qızı Dəniz xəstəxanaya yerləşdirilib. **
R.Babayev