Son illər ərzində İranla Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə yönələn 50-dən artıq ikitərəfli sənəd imzalanıb. Bu barədə İranın Bakıdakı səfiri Möhsün Pakayin bəyan edib.
“Son illərdə iki ölkə arasında müxtəlif sahələrdə 50-dən artıq saziş imzalanıb”, - deyə M.Pakayin bazar ertəsi Bakıda diplomatik missiyasının başa çatması ilə əlaqədar mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu dövrdə Azərbaycan və İran prezidentləri bir neçə qarşılıqlı səfər həyata keçiriblər.
“Bu illər ərzində Azərbaycan və İranm tərəfləri arasında, o cümlədən nazirlər saviyyəsində 80-dən artıq qarşılıqlı səfər həyata keçirilib”, - deyə diplomat vurğulayıb.
M.Pakayin qeyd edib ki, iki ölkə arasında aylıq hava uçuşlarının sayı 18-dək artıb.
O həmçinin İranın Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığının sürətli inkiçafını qeyd edib. “Sevindirici haldır ki, yaxın zamanda Naxçıvan-Məşəd dəmir yolu əlaqəsi qurulacaq”, - deyə səfir bildirib.
M.Pakayin iki ölkə arasında münasibətlərin inkişafında mətbuatın rolunu vurğulayıb. “Mətbuat ölkələrimiz arasında düşmənçilik yaratmağa çalışan üçüncü qüvvələr qarşı mübarizədə böyük rol oynayıb. KİV onların mövqeyinə ciddi zərbə vurnmağa müvəffəq oldu. Öz növbəmdə mən də bütün bu dövr ərzində Azərbaycanın mövqeyini dəstəkləməyə cəhd edərək, yoxlanılmış diplomatik fəaliyyət həyata keçirməyə çalışdım. Əminəm ki, ikitərəfli münasibətlərimiz yalnız yüksələn xəttlə inkişaf edəcək”, - deyə səfir vurğulayıb. **
R.Babayev