Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 19-da keçirilən növbəti depozit hərracında 65 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank bu hərracda 50 mln. manat cəlb etməyi planlaşdırsa da, 65 mln. manat məbləğində vəsait cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 14,85% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-sentyabr aylarında keçirilmiş 12 hərracda bank 1 ay müddətinə 526 mln. manat cəlb edib.*
A.Axundov