Hasilatın Pay Bölgüsü Sazişləri (PSA) çərçivəsində Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 68,2 mlrd. ABŞ dollar sərmayə qoyulub.Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azərbaycan” qəzetindəki məqaləsində bildirilib.
“Hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. Eyni zamanda SOCAR-ın təsisçilyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdəki törəmə şirkətlərin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir”, - deyə R.Abdullayev qeyd edib.
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokuna toxunaraq SOCAR prezidenti vurğulayıb ki, 2024-cü ildə sazişin sonunadək bu blokdan 5 mlrd. barrel neft hasil etmək planlaşdırılır.
“Layihənin tammiqyaslı işlənməsi çərçivəsində yeni sərmayə qoyuluşları və neftvermə əmsalının artırılması ilə əlavə 4 mlrd. barel neftin hasil edilməsi imkanı mövcuddur”, - deyə R.Abdullayev bildirib.
O həmçinin məlumat verib ki, dənizdə və quruda 30-dan artıq sahədə axtarış kəşfiyyat qazması işləri yerinə yetirilib. **
N.Abbasova