Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 20-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,637 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 20-nə manatın avroya nisbətən rəsmi məzənnəsi sentyabrın 19-da qeydə alınmış 1,8281 manat/1EUR səviyyəsinə qarşı 1,8291 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,547% ucuzlaşıb.
AMB sentyabrın 20-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0252 manat/1RUR səviyyəsində saxlayıb. **
A.Əzizov