Yaxin zamanda İsrailinbaş naziri BenyaminNetanyahuAzərbaycana səfər edəcək. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Emanuel Naxşon bəyan edib.
“Səfərin tarixi barədə hələlik məlumat yoxdur. Lakin ümid edirik ki, yaxın zamanda baş tutacaq. Bu cənab B.Netanyahunun qərarıdır. Azərbaycana səfər baş nazir üçün prioritet məsələdir”, - deyə E.Naxşon Yerusəlimdə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O cümlədən E.Naxşon İsrailin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinə toxunub. “Tezliklə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ümid edirik”, - deyə o qeyd edib.
Öncə İsrail mətbuatı məlumat verib ki, 206-cı il oktyabr ayında BenyaminNetanyahununAzərbaycana səfəri baş tuta bilər. **
F.İsazadə