İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Emanuel Naxşon hesab edir ki, İran nəinki İsrail, həm də bütün region üçün təhlükədir.
“İranın aparıcı dövlətlərlə saziş imzalaması Teharana öz nüvə proqramını davam etdirməyə imkan yaratdı. Bu nəinki İsrail, həm də bütün region üçün təhlükədir”, - deyə E.Naxşon Yerusəlimdə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə bildirib.
Onun sözlərinə görə, İsrail “Səudiyyə Ərəbistanı, Farskörfəzi ölkələri, Misirlə bərabər” bu təhlükəni görür.
“Region üçün iki böyük problem mövcuddur - İran və İŞİD, Əl-Qaidə və digər terror qruplaşmaları simasında radikal islamçılıq”, - deyə o əlavə edib. **
F.İsazadə