İsrail ABŞ-da keçiriləcək prezident seçkilərinə ehtiyatla yanaşır. Bu sözləri İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Emanuel Naxşon deyib.
"Hamı kimi biz də ABŞ-da seçkiləri gözləyirik. Heç kim nə baş verəcəyini bilmir. Biz bu məsələyə ehtiyatla yanaşırıq və heç bir namizədi dəstəkləmirik", - deyə E.Naxşon Qüdsdə "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinə bildirib.
Onun sözlərinə görə, proses “dünyanın o başında getsə də, hamımıza öz təsiri var”.*
F.İsazadə