İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Emanuel Naxşon hesab edir ki, hazırda Suriya və İraqın parçalanması prosesi gedir.
“Biz Yaxın Şərqdə dezinteqrasiya prosesini müşahidə edirik. Əvvəl burada İraq və Suriya vardı, bu gün isə onlar hissələrə parçalanır. Gələcəkdə biz onları görə biləcəyik və ya onlar digər birləşməyə çevriləcəyi məlum deyil”, - deyə E.Naxşon “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə bildirib.
Onun sözlərinə görə, regionda, o cümlədən Suriya və İraq ətrafında baş verən proseslər İsrail üçün vacibdir.
“Bizim bu münaqişələrin bir tərəfi olmadığımıza baxmayaraq, İsrail Suriyada yaralılara humanitar yardım göstərir. Onlar üçün hospitallar açmışıq. Biz soruşmuruq onlar süni və ya şiədir, Bəşər Əsədin tərəfdarıdır, ya yox”, - deyə E.Naxşon vurğulayıb.
Diplomatın rəyinə görə, Suriyada münaqişə etnik və dini zəmində baş verir. “Sünnilər, şiələr, kürdlər, ərəblər - bu münaqişəni müxtəlif rakursdan qiymətləndirmək olar”, - deyə o bəyan edib. **
F.İsazadə