Azərbaycan 2016-cı ilin yanvar-iyul aylarında 21 mln. 51 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $5 mırd. 695 mln. 690,8 min (azalma 29%) təşkil edib.
Məlumata görə, 2016-cı ilin yanvar-iyul aylarında ixrac edilmiş $3 mlrd. 555 mln. 732,4 min məbləğində neftin bəyan edilmiş həcmi 12 mln. 333,7 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycandan 32 mln. 520 min 401,97 ton neft ixrac olunub.*
N.Abbasova