Kosta-Rika iqtisadiyyat və turizm sahələrində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının71-ci sessiyası çərçivəsində Kosta-Rikanınxarici işlər və etiqad naziri Manuel Qonsales Sanz ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədyarov Azərbaycanın Cənubi və Mərkəzi Amerika regionu ölkələri ilə münasibətlərə xüsusi önəm verdiyini, bu xüsusda, Azərbaycanın Kosta-Rika ilə də əməkdaşlıqda maraqlı olduğunu bildirib.
“Öz növbəsində, M.Sanz ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə iqtisadi, humanitar və turizm sahələrində əməkdaşlığın genişdirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb”, - deyə məlumatda deyilir.
Görüşdə həmçinin iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması kimi məsələlər də müzakirə olundu. **
R.Babayev