“PAŞA Bank” ASC 50 mln. manat məbləğində istiqrazların emissiyasını planlaşdırır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilir.
„Sentyabrın 16-da MBNP “PAŞA Bank”ın50 mln. manat məbləğində istiqraz emissiya prospektini qeydiyyata alıb”, - deyə məlumatda deyilir.
Emissiya hər birinin nominal dəyəri 100 manat olan 500 minədəd istiqraza bölünüb.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycanın 5 aparıcı bankından biridir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
A.Axundov