Prezident İlham Əliyev Avropa Parlamenti üzvlərinin Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsi barədə fikirləri ilə razı deyil.
«Burada deyilir ki, son bir neçə ildə ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu, doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır”, - deyə o, sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə Avropa Parlamentinin 2015-ci ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir.
«Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir. Burada bilmirəm qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var», - deyə İ.Əliyev qeyd edib.*
R.Babayev