Ermənistanın qeyri-konstruktiv siyasəti Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Dağlıq Qarabağ münaqişəsinin həllinə Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasəti mane olur”, - deyə İ.Əliyev bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə bildirib.
Prezident Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini bildirdi.
İ.Əliyev həmçinin bəzi Avropa ölkələrində genişlənən islamofobiya hallarına qarşı mübarizə aparılmasının önəmini qeyd etdi. **
A.Əzizov